ONN İnformasiya Agentliyi

ABŞ İranı ələ keçirmək istəyir – Rusiya

ABŞ İranı ələ keçirmək istəyir – Rusiya
06 Yanvar 2018 - 22:57

ABŞ-ın müxalifətə dəstək verməsi və nüvə razılığı ilə bağlı verdiyi açıqlamalar Vaşinqtonun hər tərəfdən İrana hücüm etdiyini göstərir.

ONN media Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç deyib. O bildirib ki, Vaşinqton ən çox Rusiya, İran və Türkiyə birliyindən narahat olur:

“ABŞ-ın İrana “sizi izləyirik” deməyinin nə məna ifadə etdiyini şərh etməyə ehtiyac duymuram. İraq və Liviyanı hər kəs xatırlayır. ABŞ-ın BMT-dəki nümayəndəsinə bütün dünya adından çıxış etmək, hətta suveren bir ölkəni təhdid etmək haqqı kim verib? ABŞ bu gün Yaxın Şərqdə əhəmiyyətli rol oynayan İranı ələ keçirmə arzusuyla hərəkət edir. Hazırda ABŞ üçün başlıca hədəf Rusiya, İran və Türkiyə üçbucağıdır”

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli çıxışı zamanı İran hakimiyyətini ölkədəki etirazlarla bağlı kəskin tənqid etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png