ONN İnformasiya Agentliyi

Adnan Oktar və “kedicik”i polisdən qaçmaq istədi – Şok görüntülər ORTAYA ÇIXDI

Adnan Oktar və “kedicik”i polisdən qaçmaq istədi – Şok görüntülər ORTAYA ÇIXDI
21 Avqust 2019 - 13:01

Adnan Oktar və onun yaxın əlaltısı Didem Ürerin Kandillidəki villadan əməliyyat öncəsi qaçış görüntüləri ortaya çıxıb.

ONN media xəbər verir ki, həmin görüntülər Adnan Oktarın rəhbəri olduğu təşkilat üzvlərinin saxlanılması məqsədilə 2018-ci ildə Kandillidəki villasında keçirilmiş əməliyyatdan bir neçə dəqiqə əvvələ aiddir.

Villadan qaçan Adnan Oktar və Didem Ürer hüquq mühafizə oraqnlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılmışdı.

Görüntülərdə villadan aşağı yola doğru enən gizli bir keçidin olduğu görülür. Bu yoldan təşkilatın üzvü olan başqa qadınların da keçdiyi diqqətdən qaçmayıb.

Polis basqınından qaçan Adnan Oktarın gizli keçidin sonunda lüks avtomobilinə mindiyi və villadan sürətlə uzaqlaşdığı görünür. O və Didem Ürer avtomobillə Sarıyerə gedərkən saxlanılmış və üzərlərindən 40 min dollar və bir çanta dolusu valyuta ələ keçirilmişdi.

İddialara görə, Adnan Oktarı polis basqınlarına qarşı Üsküdardakı villasında və Kandillidəki villasında daim bir avtomobil, sahildə isə qayıq gözləyirdi.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Adnan Oktar və “kedicik”i polisdən qaçmaq istədi – Şok görüntülər ORTAYA ÇIXDI
Adnan Oktar və “kedicik”i polisdən qaçmaq istədi – Şok görüntülər ORTAYA ÇIXDI
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png