ONN İnformasiya Agentliyi

Afrikada quyuya “Qarabağ” adı verildi

Afrikada quyuya “Qarabağ” adı verildi
28 Avqust 2019 - 13:39

Afrikanın ən quraq ölkələrindən biri olan Çadda “Qarabağ” su quyusu açılıb. 

ONN media xəbər verir ki, bu barədə məlumatı təşkilatçılardan biri olan Elnarə Kərimova verib. O bildirib ki, tərəfdaşı Aynur Kərimova ilə birlikdə artıq 4-cü su quyusunun açılmasına vəsilə olublar:

“Ərazi quraq olduğundan insanlar su qıtlığından əziyyət çəkir. Bir quyunun qazılması üçün isə 4 min manat tələb olunur. Biz sosial şəbəkədə çağırış edirik, xeyriyyəçi insanlar bizə dəstək olur. Budəfəki quyuya Qarabağ adını verməyi məsləhət bildik. Quyu avqustun 7-də açılıb və fəaliyyətimizi bundan sonra da davam etdirməyi düşünürük”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png