ONN İnformasiya Agentliyi

Ağalarov yeni biznesə başladı

Ağalarov yeni biznesə başladı
04 Noyabr 2019 - 2:20

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov balıq biznesinə başlayıb.

 ONN media xəbər verir ki, iş adamının “Krokus” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib.

Müəssisənin əsas fəaliyyəti sənaye üsulu ilə şirin su hövzələrində balıq yetişdirmək olacaq. Şirkətin səhmlərinin 90%-i “Crocus Group”a, 10%-i isə “Lotofish”in baş direktoru Valeryan Çikovaniyə məxsusdur.

Şirkət Moskva vilayətinin Lotoşinsk rayonunda qeydiyyatdan keçib və onun haqqında məlumatlar Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə oktyabrın 31-də daxil olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png