ONN İnformasiya Agentliyi

Ahmet Kural məşhur müğənnidən ÜZR İSTƏDİ

Ahmet Kural məşhur müğənnidən ÜZR İSTƏDİ
02 Noyabr 2018 - 20:44

Müğənni sevgilisi Sıla Gençoğluna şiddət tətbiq etdiyi iddiasıyla haqqında cinayət işi açılan Ahmet Kural üzr istəyib.

ONN media  Publika -ya istinadən xəbər verir ki, aktyor bu hadisədən çox böyük dərs çıxardığını deyib. O, "İnstaqram"da geniş açıqlama verib:

“Çox sevmiş, sevdiyi qadını görəndə gözləri partlamış bir insan olaraq qəlbim çox ağrısa da, baş verənlərlə bağlı məndən mənfi bir şey eşitməyəcəksiniz. Mənimlə bağlı həddi aşan ifadələr, gerçək olmayan sözlər deyilsə də, məndən pis sözlər eşitməyəcəksiniz. Bunu yaşadığım üçün, qadının məni şiddətlə xatırladığı və belə bir məsələ baş verdiyi üçün çox təəssüf edirəm. Dünən axşamkı açıqlamamda qeyd etdiyim kimi, mübahisənin səbəbi olan və ağır təhrikə ehtiva edən mövzu üzərindən başlayan kəskin mübahisə zamanı xoşagəlməyən olaylar baş verdi.

Bundan əlavə, 45 dəqiqə ərzində onu yerdə sürükləmə, söyüş və təhqir, külqabı atmaq, təhdid, şantaj kimi iddialar düzgün deyil. Ancaq heç bir halda bu mübahisəyə şərait yaratmamalı idim. Mövzu canımı nə qədər ağrıtsa da, evimi soyuqqanlılıqla tərk etməliydim. İddia edilən hadisə zamanı sevdiyim qadınla yaşananlar əlbəttə ki, mənə yaraşmadı.

Bu hadisənin səbəbkarı olduğum üçün başda Sıla olmaq üzrə bütün qadınlardan üzr istəyirəm. O gecə, mənimlə bölüşdüyü şeyləri təmkinli bir şəkildə qarşılaya bilərdim. Hər kəsin ayıbı özünə qalmalıdır deyə düşünməliydim. Qadına zorakılıq mövzusundakı cəmiyyətdə yaranan həssaslığı hörmətlə qarşılayıram. Bu hadisədən mən də çox böyük dərs çıxardım. Bundan sonra da çıxardığım bu dərslərin vacibliyini yerinə yetirmək üçün çalışacağam.

Türkiyəyə nümunə göstərilən cütlük ikən, bu şəkildə gündəmə gəldik. Bu münasibətə və Sılaya qarşı hörmətimdən, bizi sevənlərin verdiyi dəyərdən dolayı hadisənin detallarını rəsmi orqanlar xaricində bölüşməyəcəyəm. Sevgiyə, doğruluğa və insanların vicdanında yaxşı şeylər cücərəcəyinə inamımı heç vaxt itirməyəcəyəm".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png