ONN İnformasiya Agentliyi

Ankaradan ABŞ-a REAKSİYA – RƏDD EDİRİK

Ankaradan ABŞ-a REAKSİYA – RƏDD EDİRİK
26 Avqust 2020 - 12:29

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ Dövlət Departamentinin sözçüsünün “həddini aşan” açıqlama verdiyini və bu açıqlamanı tamamilə rədd etdiklərini bildirib.

ONN media  xəbər verir ki, ABŞ rəsmisi Rəcəb Tayyib Ərdoğanın Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyyə və nümayəndə heyəti ilə 22 avqustda İstanbulda görüşməsi ilə əlaqədar açıqlama verib.

“Terror təşkilatlarının siyahısında olan və FETÖ liderinə ev sahibliyi edən PKK-nı açıq şəkildə dəstəkləyən bir ölkənin bu mövzuda üçüncü ölkələrlə danışmaq haqqı yoxdur”, – H.Aksoy deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus açıqlamasında Həmasın terror təşkilatı olduğunu bildirib və Ərdoğanın Həmas rəhbərləri ilə danışıqlarının Türkiyənin beynəlxalq ictimaiyyətdən təcrid olunmasına və Fələstin xalqının mənafelərinə zərər verməsinə xidmət etdiyini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png