ONN İnformasiya Agentliyi

Avropa İttifaqı İsrail və Fələstini atəşkəsə çağırdı

Avropa İttifaqı İsrail və Fələstini atəşkəsə çağırdı
12 May 2023 - 12:59

Avropa İttifaqı İsraildə və işğal olunmuş Fələstin ərazilərində artan zorakılıqdan dərin narahatlığını ifadə edərək, tərəfləri atəşkəsə çağırıb.

ONN media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin ofisindən yazılı açıqlama verilib.

Açıqlamada deyilir ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları və İsrailə raket atışları dayandırılmalıdır.

Bildirilib ki, Avropa İttifaqı Misirin dərhal atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri xüsusilə yüksək qiymətləndirir.

Qeyd edək ki, Almaniya, Fransa, Misir və İordaniyanın xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsində artan zorakılığı aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png