ONN İnformasiya Agentliyi

Berlində “həyəcan”: Kiyev üçün 5 milyard çatmır

Berlində “həyəcan”: Kiyev üçün 5 milyard çatmır
23 Oktyabr 2023 - 9:25

Almaniyanın 2024-cü il büdcəsində Ukraynaya hərbi yardım üçün 5 milyard avrodan çox vəsait çatışmır, ölkənin Müdafiə Nazirliyi həyəcan təbili çalır.

ONN media xəbər verir ki, bu barədə “Bild” nəşri nazirliyin məxfi sənədinə istinadən məlumat yayıb.

“Ukraynaya hərbi dəstək ümumi maliyyə idarəetməsi büdcəsindən ödənilir və bu büdcədə Almaniya Maliyyə Nazirliyi 2024-cü ildə Ukraynaya yardım üçün 4 milyard avro ayırıb. Bunun 3,1 milyard avrosu əvvəllər vəd edilmiş yardım tədbirləri, 770 milyon avrosu isə Xarici İşlər Nazirliyi və onun yardımı üçün nəzərdə tutulub. Beləliklə, 2024-cü ildə yeni hərbi layihələr üçün cəmi 120 milyon avro qalacaq. Lakin Almaniya Müdafiə Nazirliyinin fikrincə, Ukraynanın ehtiyacları daha çoxdur. Kiyev Ukraynanın Rusiyanın təcavüzünə müqavimət göstərə bilməsi üçün Almaniyadan 5,22 milyard avro əlavə dəstək gözləyir”, – məlumatda deyilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png