ONN İnformasiya Agentliyi

BİR İLK – Virusa yoluxma qeydə alınmadı

BİR İLK – Virusa yoluxma qeydə alınmadı
26 Avqust 2020 - 12:35

Çinin paytaxtı Pekində ilk dəfə olaraq koronavirusa yoluxma faktı qeydə alınmayıb və müalicə alan son iki xəstə xəstəxanadan evə buraxılıb.

ONN media xəbər verir ki, bu barədə Çin Gigiyena və Sağlamlıq Komitəsi məlumat verib.

Məlumata görə, pandemiya başlayandan bəri ilk dəfə olaraq şəhərin tibb müəssisələrində bir nəfər də olsun xəstə qalmayıb.

Pekində bu günə qədər ümumilikdə 935 yoluxma halı qeydə alınıb, bunlardan 335-i iyun ayında Xinfadi topdansatış bazarında olanlardır.

Statistikaya görə, Çində xəstələrin 94,1%-i sağalıb. Ölkə üzrə son yeddi gün ərzində 108 yoluxma aşkarlanıb. Hazırda yerli tibb müəssisələrində 347 koronavirus xəstəsi var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png