ONN İnformasiya Agentliyi

Birləşmiş Ərəb Əmirliklərində anım tədbiri keçirilib

Birləşmiş Ərəb Əmirliklərində  anım tədbiri keçirilib
26 Fevral 2018 - 15:15

1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində anım tədbiri keçirilib.

ONN media AzərTac-a istinadən xəbər verir ki, tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu-Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak ediblər.

Xocalı faciəsinin və Azərbaycanın müstəqilliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Daşqın Şikarov çıxış edərək tək Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışıb.

Sonra çıxış edənlər bu qanlı faciə barədə fikirlərini bölüşüblər.

Sonda ehsan süfrəsi verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png