ONN İnformasiya Agentliyi

Boşanmaqdan imtina etmişdi, şiddətə məruz qaldı

Boşanmaqdan imtina etmişdi, şiddətə məruz qaldı
04 Fevral 2022 - 21:30

Mehriban Hurmacı ötən ay boşanmaqdan imtina etdiyi keçmiş futbolçu həyat yoldaşı Özər Hurmacı tərəfindən şiddətə məruz qalıb.

Polis məntəqəsinə gedərək şikayətçi olan M.Hurmacı hadisəni “2 sayfa” verilişinə danışıb:

“Dünən axşam saat 21:00-da telefonunda başqa qadınlara aid şəkillər və ismarışlar gördüm. Buna görə mübahisə etməyə başladıq. Məni otağın birinə apararaq əlimə, üzümə vurmağa başladı. Başımı pəncərəyə vurdu. “Səni öldürərəm” deyərək təhdid etdi. Özümü çölə güclə atdım”.

Mehriban Hurmacı üzü qan içində olan fotolarını sosial şəbəkədə də paylaşıb.

Qeyd edək ki, 6 ildir evli olan cütlüyün 3 övladı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png