ONN İnformasiya Agentliyi

Brayza: Zəngəzur dəhlizini onlar istəmir – VİDEO

Brayza: Zəngəzur dəhlizini onlar istəmir – VİDEO
16 Aprel 2021 - 14:14

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Zəngəzur nəqliyyat dəhlizi Şimal-Cənub layihəsinin bir hissəsi ola bilər.

ONN media  xəbər verir ki, bu sözləri amerikalı diplomat Yutubda video sorğu zamanı qeyd edib.

Onun sözlərinə əsasən, Zəngəzur dəhlizinin reallaşması mühüm iqtisadi və geostrateji tərkibə malikdir.

Metyu Brayza əmindir ki, Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin nəqliyyat infrastrukturlarını özündə birləşdirəcək, irimiqyaslı regional layihələrə sərmayə yatırmaq üçün yeni imkanlar açacaq.

“Dəhliz sənaye zonaları arasında əməkdaşlığın inkişafı baxımından fəal şəkildə istifadə oluna bilər. Zəngəzur dəhlizinin reallaşmasına İrəvanın Bakı və Ankara ilə iqtisadi əlaqələri və hərtərəfli əməkdaşlığını qurmaq istəməyən erməni “revanşistlər” etiraz edəcək”, – deyə o vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png