ONN İnformasiya Agentliyi

Bu ölkədə də vəziyyət qarışdı: 39 yaralı

Bu ölkədə də vəziyyət qarışdı: 39 yaralı
29 Oktyabr 2019 - 12:54

Boliviyada küçə iğtişaşları davam edir.

ONN media xəbər verir ki, dövlət başçısı Evo Moralesin qalib gəldiyi seçkilərdə onun tərəfdarları ilə hiylədən istifadə olunduğunu iddia edən Karlos Moralesin rəhbərlik etdiyi müxaliflər arasında insident baş verib.

Nəticədə, 39 nəfər yaralanıb.

Müxaliflər Amerika Dövlətləri Təşkilatı (OAS) Moralesin müraciəti ilə nəticələrin yoxlanılmasını belə qəbul etmək istəmirlər. Onlar seçkilərin ləğvini və ya ikinci turun keçirilməsini tələb edirlər.

Ölkənin müxtəlif bölgələrindən olan mədən işçiləri dövlət başçısı Moralesi dəstəkləmək üçün La Pas şəhərinə gəlib. Sosial mediada yayılan görüntülərdə mədənçilərin yürüşü əsnasında səs bombalarından istifadə edilməsi əks olunub.

Qeyd edək ki, seçki prosesi oktyabrın 20-də başa çatıb. Amerika Dövlətləri Təşkilatı etirazlara rəğmən, seçkinin nəticələrinin araşdırılacağını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png