ONN İnformasiya Agentliyi

Bu ölkədə maska ​​taxma məcburiyyətinə SON QOYULUR

Bu ölkədə  maska ​​taxma məcburiyyətinə SON QOYULUR
17 İyun 2021 - 9:20

Fransada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarındakı azalmadan sonra, iyunun 17-dən etibarən bəzi hallar istisna olmaqla açıq yerlərdə maska ​​taxma məcburiyyətinə, iyunun 20-dən isə gecə komendant saatı tətbiqinə son qoyulacağı bildirilib.

ONN media xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks Nazirlər Kabinetinin toplantısından sonra təşkil etdiyi mətbuat konfransında deyib.

O, son 7 gündə orta hesabla gündəlik yoluxma sayının 3 min 200-ə endiyini qeyd edib.

Fransanın heç bir bölgəsində epidemiya ilə bağlı narahatlığın olmadığını vurğulayan Kasteks bu günə qədər 30 milyondan çox insanın peyvənd olunduğunu xatırladıb.

Kütləvi tədbirlər, stadionlar və marketlər xaricində açıq ərazilərdəki maska ​​məcburiyyətinə iyunun 17-dən son qoyulacağını qeyd edən Kasteks qapalı yerlərdə maska ​​taxmağa davam edilməsinin vacibliyini vurğulayıb.

Kasteks 23.00-06.00 arasında tətbiq olunan komendant saatının 30 iyun yerinə 20 İyunda ləğv ediləcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png