ONN İnformasiya Agentliyi

Bu, Rusiyanın daxili işlərinə müdaxilədir

Bu, Rusiyanın daxili işlərinə müdaxilədir
24 Yanvar 2021 - 17:55

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Moskvadakı səfirliyinin rusiyalı müxalif Aleksey Navalnının tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarına dəstək verərək ölkənin daxili işlərinə dolayı yolla müdaxilə etdiyini açıqlayıb.

ONN media  xəbər verir ki, Kremlin sözçüsü ABŞ səfirliyinin nümayəndə heyətinin müxalifətin etirazlarına dəstək verən açıqlamalarına da münasibət bildirib.

O, bunların yanlış açıqlama olduğunu vurğulayıb: “Təbii ki, sözügedən açıqlamalar daxili işlərimizə dolayı yolla müdaxilədir. Yəni bütün bunlar dolayı yolla Rusiya Federasiyasının qanunlarının pozulmasını və icazəsiz keçirilən mitinqləri dəstəkləməkdir”, – Peskov əlavə edib.

Kremlin sözçüsü “Rossiya 1” telekanalına verdiyi açıqlamasında nitqinə bu cür davam edib: “ABŞ-da qarışıqlıq yaşananda səfirliyimiz eyni şəkildə davransaydı, bu, böyük ehtimalla Vaşinqtonda narahatlıq hissinə səbəb olardı. Həmişə tərəfdaşlarımıza bu kimi müqayisələr etmələrini tövsiyə etmək istəyirəm”.

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfirliyinin səlahiyyətliləri dünən Navalnı tərəfdarlarının etiraz aksiyaları ilə əlaqədar olaraq “Rusiya hakimiyyəti etirazçılara qarşı alınan tədbirlərlə ifadə azadlığını boğduğunu göstərdi”, deyərək iddia etmişdilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yazıldı
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png