ONN İnformasiya Agentliyi

Demokratlardan Trampa maraqlı qadağa

Demokratlardan Trampa maraqlı qadağa
22 Oktyabr 2019 - 11:07

ABŞ-da demokrat senatorlar prezident Donald Tramp administrasiyasının xarici liderlərlə prezdentin şəxsi mülkiyyəti ərazisində görüşlər keçirməsini qadağan edən qanun layihəsini təqdim ediblər.

Qeyd edilir ki, SWAMP (“Scrutinizing White House Activities that Make Profits” – Ağ Evin gəlir gətirən fəaliyyətinin öyrənilməsi) adlı qanun layihəsi senatorlar Cef Merkli, Ed Marki və Mezi Hirono tərəfindən təqdim edilib.

“Konqresə müdaxilə etmək və prezident Trampın xarici liderlərlə – nə “Böyük Yeddilər”lə, nə də başqaları ilə görüşdən qazanc gəlir əldə edə bilməməsini aydın anlatmaq zamanı gəldi”, – deyə Merklinin açıqlamasında bildirilir.

Trampın siyasi rəqibləri onu bir neçə dəfə vergi verənlərin hesabına qazanc əldə etməkdə ittiham ediblər. ABŞ prezidenti bu ittihamları qəti surətdə inkar edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png