ONN İnformasiya Agentliyi

Erməni nazir Rusiyaya yollandı

Erməni nazir Rusiyaya yollandı
12 Dekabr 2020 - 23:45

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyaya gedib.

ONN media  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, işgüzar səfər müddətində bəzi görüşlər planlaşdırılır:

“12 dekabrda müdafiə naziri Vaqarşak Arutunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşlər planlaşdırılır” deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu, Vaqarşak Arutunyanın müdafiə naziri kimi Rusiyaya ilk səfəridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png