ONN İnformasiya Agentliyi

Ermənistanda universitetlər də AYAĞA QALXDI

Ermənistanda universitetlər də AYAĞA QALXDI
07 Dekabr 2020 - 10:11

İrəvan Tibb Universiteti Ermənistan parlamenti tərəfindən qəbul edilən “Ali təhsil və elm haqqında” qanun layihəsi barədə bəyanat yayıb.

ONN media  xəbər verir ki, layihə İrəvan Tibb Universitetinin heyətini ayağa qaldırıb.

Universitetin məsələ il bağlı açıqlamasında ciddi narahatlıq doğuran bir sıra məqamlar öz əksini tapıb. Onlar layihənin Ermənistanda təhsilin keyfiyyətinə ciddi zərər verəcəyini bildirir.

Bəyanat müəllifləri layihənin niyə bu qədər qısa müddətdə, əlavə müzakirələr aparmadan qüvvəyə mindiyinə təəccüblənib. Hesab edirlər ki, qanun layihəsinin qəbul edilməsi universitetlərin akademik azadlıqlarını və özünüidarəetməsini məhdudlaşdıracaq ki, bu da Ermənistan universitetlərinin beynəlxalq reytinqlərinin azalmasına səbəb olacaq. Layihədə yaxşı akademik göstəricilərə malik olan tələbələrə dövlət dəstəyi (rotasiya qaydası) ilə bağlı müddəaların olmadığı da bildirilir. Onlar akademik heyət üçün yaş məhdudiyyətinin (65 yaşa qədər) qoyulmasına da qəzəblənib.

Qanun Milli Elmlər Akademiyasının gələcək fəaliyyətini də şübhə altına alır.

Universitet nümayəndələri qanun layihəsinin müəlliflərini universitetlərin akademik nümayəndələrinin, təhsil sahəsindəki təşkilatçıların və hüquqşünasların iştirakı ilə əlavə müzakirələr və təkmilləşdirmələr üçün geri götürməyə çağırıb.

Qeyd edək ki, 3 dekabr tarixli qanun layihəsi, çoxsaylı etiraz və redaktə çağırışlarına baxmayaraq, hökumətin gündəminə daxil edilmişdi. Bundan əvvəl sənəd bir il müzakirə edilmiş və bir çox tənqid almışdı.

Azərbaycan qarşısında tarixi məğlubiyyət yaşayan Ermənistanda siyasi, hərbi, sosial-məişət sahələri daxil olmaqla, bir çox platforma böhran içindədir. Təhsil də bunlardan biridir. Bununla əlaqədar olaraq ölkədə müxtəlif miqyaslı etiraz aksiyaları 1 aydan çoxdur davam edir.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png