ONN İnformasiya Agentliyi

Fransadan İrəvana ŞOK

Fransadan İrəvana ŞOK
27 Sentyabr 2019 - 10:41

Lyon İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib.

ONN media xəbər verir ki, bu haqda Lyon İnzibati Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, 2018-ci il oktyabrın 21-də Sənt-Etyen və Şuşa, eləcə də 2017-ci ilin sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış dostluq xartiyaları Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.

Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan dostluq xartiyaları əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu xartiyalar imzalanıla bilməz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png