ONN media

İran sanksiyalara rəğmən, Çinə neft göndərdi

İran sanksiyalara rəğmən, Çinə neft göndərdi
16 May 2019 - 16:45

İran Çinə neft tankeri göndərib.

ONN media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tanker Çinin Çjouşan şəhər yaxınlığında yerləşən rezervuarlara İran neftini boşaldıb.

Xam neft İranın neft ixracına qarşı sanksiyalardan yan keçərək Çinə çatdırılıb.

“Marshal Z” tankerinin göyərtəsində 130 min tona yaxın yanacağın daşındığı bildirilir.  

Mayın 6-da Tehran ABŞ sanksiyalarından yan keçmək üçün öz neftini “boz bazar”a (malların alqı-satqıya icazəsi olmayan dilerlər arasında aşağı salınmış qiymətlərə satılması – red.) çıxaracağını elan etmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər 2018-ci ilin may ayında, Trampın Vaşinqtonun nüvə sazişindən birtərəfli şəkildə çıxmasını elan etməsindən sonra gərginləşib. İrana qarşı məhdudlaşdırıcı ölçülərdən ibarət son paket 2018-ci ilin noyabr ayında qəbul olunub.

Sanskiyalar neft ixracından başqa, sənaye, ticarət və İran mərkəzi bankının dollarla apardığı maliyyə əməliyyatlarına şamil olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png