ONN İnformasiya Agentliyi

İrandan İngiltərəyə XƏBƏRDARLIQ

İrandan İngiltərəyə XƏBƏRDARLIQ
23 Sentyabr 2019 - 20:37

İngiltərə İrana qarşı çıxmaqdansa, Səudiyyə Ərəbistanına silah satışına son versin.

ONN media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

Musəvi qeyd edib ki, İngiltərə ölümcül silah satışına son verməlidir:

“Bu, eyni zamanda, dünyadakı bir çox xalqın da tələbidir. İngiltərə bu şəkildə Yəmən xalqına qarşı törədilən cinayətdən yaxa qurtara bilər”.

Qeyd edək ki, bu gün İngiltərə Baş naziri Boris Conson “Aramko”ya təşkil edilən hücumdan İranın böyük ehtimalla məsuliyyət daşıdığını bəyan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png