ONN İnformasiya Agentliyi

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə – RƏSMİ AÇIQLAMA

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə – RƏSMİ AÇIQLAMA
22 Avqust 2019 - 14:36

İraqın “Həşd Şabi” (“xalq könüllüləri”) adlı hərbi birləşməsinin komandan müavini Əbu Mehdi əl-Mühəndis açıqlamasında Azərbaycanın İraq ərazisindəki hədəfləri vurmaq üçün İsrailə öz ərazisindən istifadə etməsi barədə iddia irəli sürüb. 

ONN media xəbər verir ki, bu barədə o, Livanın “əl-Məyadin” kanalına müsahibə verib.

“19 iyul, 12 və 20 avqust tarixlərində İraq ərazisindəki mövqelərə zərbə endirən İsrail pilotsuz təyyarələri Azərbaycandakı bazadan havaya qalxıb”,-deyə Əbu Mehdi əl-Mühəndis qeyd edib.

Buna qədər KİV-də İsrailin Azərbaycandakı hərbi aerodromlardan istifadə etməsi barədə məlumat getsə də, nə rəsmi Bakı, nə də Təl-Əviv bu məlumatı təsdiq etməyib. Məsələyə münasibət öyrənmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən BAKU.WS-ə edilən açıqlamada iddiaların əsassız olması və həqiqəti əks etdirməməsi qeyd olunub:

“Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb”. BAKU.WS

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png