ONN İnformasiya Agentliyi

İstanbulda TƏBİİ FƏLAKƏT: 4 nəfər öldü, 38-i yaralandı (YENİLƏNDİ)

İstanbulda TƏBİİ FƏLAKƏT: 4 nəfər öldü, 38-i yaralandı (YENİLƏNDİ)
29 Noyabr 2021 - 21:09

İstanbulda baş verən qasırğa nəticəsində yaralananların sayı 38-ə çatıb.

ONN media  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O, bildirib ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, daha 4 nəfər həlak olub.

Bundan öncə rəsmiləri qasıra zamanı baş verəndağıntıları nəticəsində 4 nəfərin öldüyünü və 19 nəfərin yaralandığını bildirib.

Türkiyə Sahil Mühafizəsi güclü külək səbəbindən Bosfor boğazında gəmilərin hərəkətinin dayandırılması barədə məlumat yayıb. Eyni səbəbdən Türk Hava Yollarının bir neçə təyyarəsi İstanbula enə bilməyib, Ankara və İzmirə göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png