ONN İnformasiya Agentliyi

Kəşmir on illərdir xarici əsarətdədir – Pakistan

Kəşmir on illərdir xarici əsarətdədir – Pakistan
25 Oktyabr 2019 - 15:17

Bu gün dünyada baş verən toqquşmalar, o cümlədən hər gün artan terrorçuluq çox mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxarıb. Biz gücdən istifadə hallarının, o cümlədən qeyri-sabitliyin şahidiyik. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmur.

ONN media xəbər verir ki, bunu Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı Pakistan Prezidenti Arif Alvi bildirib.

“Zirvə görüşü çərçivəsində biz Bandunq prinsiplərini qeyd etdik. Bizim təşkilat çərçivəsində tədbirlər planı olmalıdır. QH-nın üzvləri BMT üzvlərinin 2/3 hissəsi, dünya əhalisinin 50 faizidir. Bizim ümumi irsimiz var. Bu irs BMT nizamnaməsində əks olunanları tətbiq etməyə imkan verir.

Pakistan birmənalı olaraq işğala yox deyir, onu pisləyir. Xalqların azadlığı naminə terrorçuluğa qarşı mübarizə aparılmasını təşviq edir. Üzv dövlətlər hər cür işğaldan əziyyət çəkirlər. Kəşmir xalqı on illiklər ərzində xarici əsarət altındadır. Kəşmirin işğalı ilə bağlı onun incəliklərini açıqlayan qərar var. Bu qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Hazırda orada qeyri-qanuni hərəkətlər edilir və orada yaşayan əhali illər ərzində əziyyət çəkir. Həmin regionda yaşayan xalqın öz müqəddəratını təyin etmək hüquq var. Bu hüquq təmin edilməlidir. Bu gün Kəşmirdə terrorçuluq baş alıb gedir. BMT hüquq mövqeyindən çıxış edərək ölçülər götürməldir”.

Arif Alvi Pakistanın Kəşmirdə təhlükəsizliyin bərqərar olması üçün çalışdığını qeyd edib:

“Biz Kəşmir xalqının çətinliklərini qeyd edirik. BMT Təhlükəsizlik Şurası indiyədək bu istiqamətdə 11 qətnamə qəbul edib. Orada yaşayan xalq ən böyuk terror hadisələri ilə üzləşir. Etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq Pakistan hesab edir ki, hər bir dövlət etnik xalqın hüququnu qorumalıdır. Pakistan bu baxımdan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edir. Əl-Qaidə, İŞİD kimi ünsürlərinə qarşı addımlar atılıb. Beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bildiyi kimi Kəşmirdəki ünsürlərin də öhdəsindən gələ bilər. Biz bu ünsürlərin beynəlxalq hüquq qarşısında cavab verməsinə nail olunmasına çağırırıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png