İspan aktyor Antonio Banderas koronavirusdan sağalıb.
ONN media xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
“21 gün sonra karantin rejiminə intizamla riayət etdikdən sonra Covid-19-a qalib gəldim. Mən sağaldım”, – deyə Banderas yazıb.
Qeyd edək ki, Antonio Banderas avqustun 10-da 60 illik yubileyi günündə koronavirusa yoluxduğunu açıqlamışdı.