ONN İnformasiya Agentliyi

Koronavirusa yoluxmanın qarşısını almağın effektiv yolu

Koronavirusa yoluxmanın qarşısını almağın effektiv yolu
16 Aprel 2020 - 14:21

Virciniya Universitetinin tibb elmləri doktoru Çjen Yan koronavirus xəstəliyinin ağırlaşmasının qabağını almağın yolu haqqında danışıb.

ONN media xəbər verir ki, Yan son tədqiqatların nəticələrinə əsasən müntəzəm fiziki məşqlərin koronavirusun səbəb olduğu ağır kəskin tənəffüs sindromunun (SARS) qarşısını almağa kömək edə bildiyini açıqlayıb.

Onun sözlərinə görə, fiziki aktivlik bədəndə  hüceyrədənkənar superoksid dismutaz (EcSOD) adlanan və bədənin müqavimətini artıran güclü antioksidantın emalına səbəb olur: “Xəstəlik zamanı bu antioksidantın bədəndə səviyyəsi azalmağa başlayır, lakin bircə məşqlə belə onu artırmaq olar”.

Alim qeyd edib ki, heyvanlar üzərində aparılan sınaqlarda müəyyən olub ki, sözügedən oksidant bir çox həyat əhəmiyyətli orqanların fəaliyyətinə müsbət yöndə təsir göstərir: “Biz sonsuza qədər təcrid şəraitində yaşaya bilmərik. Mütəmadi məşqlərin sağlamlığa bildiyimizdən daha çox xeyri var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png