ONN İnformasiya Agentliyi

Lavrov: Ermənistandakı bu prosesdən xəbərimiz var

Lavrov: Ermənistandakı bu prosesdən xəbərimiz var
12 Oktyabr 2023 - 10:54

Rusiya NATO ölkələrinin Cənubi Qafqazda maraqlarını Ermənistan vasitəsilə təşviq etmək cəhdlərini görür.

ONN media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

“Antirusiya əhval-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var və əvvəllər də çox idi. Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Əksinə, onlar antirusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ-ın, Avropa Birliyinin, NATO ölkələrinin Ermənistan vasitəsilə bu regionda maraqların təşviqinə hazırlıq görmək məqsədi daşıyır. Biz bu cəhdləri görürük, onlar müəyyən nəticələrə nail olublar”, – Lavrov bildrib.

Lavrovun sözlərinə görə, Rusiya erməni xalqının böyük əksəriyyətinin Rusiya ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlı olduğuna dərindən əmindir:

“Və mən sizin diqqətinizə çatdırmaq istərdim ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə bildirib ki, Ermənistan öz təlimatlarını dəyişmir. Ümid edirik ki, İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png