ONN İnformasiya Agentliyi

London yenidən Kremlə qarşı

London yenidən Kremlə qarşı
07 Sentyabr 2018 - 12:54

Sergey Skripalın zəhərlənməsi olayı ilə bağlı London Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.

ONN media xəbər verir ki, bu sözləri Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Karen Pirs deyib.

"Biz partnyorlarımızla hansı addımların atılacağını müzakirə edəcəyik", – deyə diplomat bildirib.

Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və onun qızı Yuliya Skripalı İngiltərənin Solsberi şəhərində zəhərləyiblər.

London bu cinayətdə Moskvanı ittiham etsə də, Kreml bu iddiaları rədd edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png