ONN İnformasiya Agentliyi

MİT-dən kritik əməliyyat: 2 terrorçu Türkiyəyə gətirildi

MİT-dən kritik əməliyyat: 2 terrorçu Türkiyəyə gətirildi
02 Dekabr 2021 - 16:37

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK terror qruplaşmasına qarşı mühüm əməliyyat keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qruplaşmanın rəhbərliyində təmsil olunan “Məzlum Cir Ağrı” kod adlı Əmrah Adıgözəl və “Sarina/Diljin” kod adlı Pərvin Arslan Türkiyəyə gətirilib.

Əmrah Adıgözəl PKK/KCK terror təşkilatının liderlərindən olan Duran Qalxanın mühafizəçilərindən sayılır. 2 il Qalxanın mühafizəçisi olan terrorçunun Şimali İraqdakı Qara, Sincar və Hakurk bölgələrində fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib. O, həmçinin Sincar bölgəsindəki təşkilatın “kəşfiyyatı”na cavabdeh olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png