ONN İnformasiya Agentliyi

Moskvadan qəribə açıqlama: NATO Ukraynanı işğal etməyə çalışır

Moskvadan qəribə açıqlama: NATO Ukraynanı işğal etməyə çalışır
18 Yanvar 2022 - 15:55

NATO-nun Ukraynanı işğal etməyə hazırlaşır və belə bir təhlükə realdır.

ONN media xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yaz sessiyasındakı çıxışında deyib.

“Bütün bunları NATO-nun Ukrayna ərazisinə irəliləməsi üçün informasiya hazırlığı kimi qiymətləndirmək olar. Onların məsləhətçiləri, təlimatçılar oradadır. İndi isə qoşun yeridilməsinə necə haqq qazandıracaqlarını düşünürlər. Başqa sözlə, NATO Ukraynanı işğal etməyə çalışır”, – Volodin bildirib.

Rusiyanın NATO-ya öz qoşunlarını Ukrayna ərazisinə göndərməsinə icazə verə bilməyəcəyinə diqqət çəkən Volodin əlavə edib ki, bu, Rusiya Federasiyası və Avropa dövlətləri vətəndaşlarının təhlükəsizliyi məsələsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png