ONN İnformasiya Agentliyi

Nikola qarşı yeni aksiya: Yolu bağladılar və…

Nikola qarşı yeni aksiya: Yolu bağladılar və…
11 Dekabr 2020 - 15:13

Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Müdafiə Nazirliyinin binasına gedən yolu bağlayıblar.

ONN media  xəbər verir ki, etirazçılar “Nikol xaindir” şüarları ilə Moldovakan və Totovents küçələrinin kəsişməsində yolu bağlayaraq hərəkətə mane olublar.

Əraziyə polis qüvvələri cəlb edilib, nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri oradan uzaqlaşdırıb.

Xatırladaq ki, Ermənistanda müxalif partiyalar Paşinyanın istefasını tələb edən mitinqlər keçirir. Mitinqlərdə Paşinyanın 2018-ci ildə tətbiq etdiyi metoddan – nəqliyyatın hərəkətinin iflic edilməsindən istifadə cəhdləri etirazçıların sayının azlığı səbəbindən nəticə vermir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png