ONN İnformasiya Agentliyi

Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı artır

Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı artır
11 Aprel 2020 - 11:32

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub.

ONN media xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov “Podrobnosti nedeli” televiziya verilişində məlumat verib.

Nazir bildirib ki, Ukraynada 2 203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçisidir. Onların şəxsi mühafizəsi üçün bütün zəruri tibbi avadanlıqlar alınır.

M.Stepanov qeyd edib ki, həkimlərin koronavirusa yoluxması bütün dünyada müşahidə olunan haldır:

“Təkcə İtaliyada 9 000 tibb işçisi koronavirusa yoluxub. Bu, virusa yoluxanların 12 faizi deməkdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png