ONN İnformasiya Agentliyi

Ötən həftə istefa verən mer intihar etdi

Ötən həftə istefa verən mer intihar etdi
24 Sentyabr 2019 - 19:44

Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərinin keçmiş meri Vladimir Fomin intihar edib.

ONN media qafqazinfo.az -a istimadən xəbər verir ki, sinəsindən atəş açan eks-mer evində ağır yaralı halda tapılıb. O, reanimasiyaya yerləşdirilsə də, 58 yaşlı məmurun həyatını xilas etmək mümkün olmayıb. Fomini evdə yaralı halda həyat yoldaşı tapıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında Novokuybışevskə mer təyin edilən Fomin ötən həftə istefa verib. O, səhhəti ilə əlaqədar vəzifəsindən getdiyini bildirib. Belə ki, keçmiş merin ürək çatışmazlığı problemi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png