ONN İnformasiya Agentliyi

Overçuk Bakıdan İrəvana getdi

Overçuk Bakıdan İrəvana getdi
24 Noyabr 2021 - 20:33

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıdan İrəvana gedib.

ONN media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Onu hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Onlar birlikdə baş nazir Nikol Paşinyanla bu dəqiqə baş tutan görüşə gediblər.

Qarabağ üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı məsələlər müzakirə olunacaq.

Axşam saatlarında Overçuk Ermənistan paytaxtını tərk edəcək.

Qeyd edək ki, bu gün Overçuk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png