ONN İnformasiya Agentliyi

Paşinyan Rusiyanın törəmə şirkətini TƏHDİD ETDİ

Paşinyan Rusiyanın törəmə şirkətini TƏHDİD ETDİ
16 İyun 2021 - 21:17

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu dəfə Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom Ermənistan” və Zəngəzur mis-molibden kombinatını cinayət işlərilə təhdid edib.

ONN media  xəbər verir ki, bu barədə info24.ru məlumat yayıb.

O, ölkənin iki ən iri vergi ödəyicisinə qarşı ittihamları seçicilərilə görüşü zamanı səsləndirib. Paşinyan bəyan edib ki, bu şirkətlərin rəhbərliyi əməkdaşları bu və ya digər siyasi qüvvələrin mitinqlərinə qatılmağa və qarşıdan gələn parlament seçkilərində “lazımi qaydada” səs verməyə məcbur edir.

“Əgər bu faktlar öz təsdiqini taparsa, biz bununla məşğul olacayıq. Bunun çox ağır nəticələri olacaq, cinayət işləri qaldırılacaq”, – deyə o, qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png