ONN İnformasiya Agentliyi

Paşinyandan komanda üzvlərinə SƏRT SÖZLƏR

Paşinyandan komanda üzvlərinə SƏRT SÖZLƏR
27 Avqust 2019 - 16:31

“Nikol Paşinyan komandasının üzvlərinə çox hirslidir, xüsusilə Amulsar yatağının istismarı ilə bağlı ona qarşı çıxan deputatlara”.

ONN media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

Qəzet yazır ki, Paşinyan komandasının üzvləri ilə görüşəndə onlarla sərt danışıb.

“Bu, komanda işidir? Siz mənim arxamı belə qoruyursunuz? Hamı künc-bucağa dağılışdı, hətta səsiniz belə gəlmir”, – Paşinyan deyib.

Qəzet qeyd edir ki, “Mənim addımım” blokunda baş nazirə qarşı çıxanların cəzalandırılması haqqında düşünürlər: “Lakin bu çətindir, çünki onları fraksiyadan çıxara bilmirlər. Fərdi qaydada xəbərdarlıqlar ediləcək, çünki komanda anlamalıdır ki, baş nazirin iradəsinə qarşı çıxmaq ağır nəticələrə gətirib çıxara bilər. Bu məsələ hakimiyyətə ciddi zərbə vuracaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png