ONN İnformasiya Agentliyi

Paşinyanın reytinqi açıqlandı – Hər kəs ŞOK İÇƏRİSİNDƏ

Paşinyanın reytinqi açıqlandı – Hər kəs ŞOK İÇƏRİSİNDƏ
04 Dekabr 2020 - 14:42

Ermənistandakı vəziyyət və hakimiyyətə münasibətlə bağlı “Qallap” (Gallup International association) şirkəti sorğu keçirib.

ONN media  xəbər verir ki, 25 noyabr-2 dekabr arasında keçirilən sorğuda iştirak edənlərin 38%-i Paşinyanı dəstəkləyib və onun vəzifəsinə davam etməsi gərəkdiyini bildirib. 45% isə onun istefa verməsi gərəkdiyini söyləyib.

Növbədənkənar seçkilərə heç bir ehtiyac görməyənlər 41%, bunu lazımlı sayanlar isə 46% təşkil edib.

Respondentlərin 32%-i prezident üsul-idarəsinə qayıtmağı vacib sayıb, 38% isə hazırkı sistemi məqbul hesab edib.

Şirkət ilin sonuna qədər daha iki sorğu keçirəcəyini elan edib.

Qeyd edək ki, Paşinyanın iyun ayında reytinqi 85% olsa da, müharibəyə səbəb olması və kapitulyasiya imzalamasından sonra hələ də reytinqinin 38% olması yüksək nəticə sayılıb. Belə ki, onun ümumilikdə xalqın içində dəstəyinin tükənmədiyi üzə çıxıb.

Əksinə, bir müddət öncə keçirilən sorğuda Paşinyanın reytinqinin 30 faizə düşdüyünü qeyd edən ekspertlər hazırkı nəticəyə görə Ermənistan Baş nazirinin cəmi bir həftəyə vəziyyətini xeyli düzəltdiyini iddia ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png