ONN İnformasiya Agentliyi

Payıza qədər sərhədlər bağlanır

Payıza qədər sərhədlər bağlanır
11 Aprel 2020 - 16:04

Şengen ölkələrinin sərhədi ən azı payıza qədər bağlana bilər.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqı liderləri ilə keçirilən fərdi videokonfransda bildirilib.

Dövlət başçısının sözlərinə görə, pessimist əhval-ruhiyyənin davam edəcəyi gözlənilir, odur ki, Avropanın uzun müddət təcrid olunmasına hazırlaşmaq lazımdır. Makron bildirib ki, Avropa və dünyanın müxtəlif bölgələrində epidemiyanın gedişatındakı fərq səbəbindən bu cür tədbirlərin görülməsi zəruri ola bilər.

Fransa Prezidenti aprelin 13-də həmvətənlərinə müraciət etməyi planlaşdırır. Çox güman ki, Aİ ölkələri arasında da sərhədlərin bağlı qalacağı vaxt tezliklə elan ediləcək.

Aİ-nin dövlət və hökumət başçıları tərəfindən Avropaya girişi bağlamaq qərarı martın ortalarında koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi fonunda qəbul edilib. Qadağanın bir ay davam edəcəyi göstərilmişdi.

Qeyd edək ki, aprelin 11-i səhər saatlarında dünyada COVID-19 xəstələrinin sayı 1,7 milyon insana yaxınlaşdı. ABŞ xəstə sayına görə lider olaraq qalır, lakin yoluxmuş və ölənlərin sayına görə Avropa dünyanın bütün digər bölgələrini ciddi şəkildə qabaqlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png