ONN İnformasiya Agentliyi

PKK liderindən gözlənilməz əmr: Bölgəni tərk etməyin!

PKK liderindən gözlənilməz əmr: Bölgəni tərk etməyin!
21 Oktyabr 2019 - 11:29

Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırmasına dair razılaşmaya baxmayaraq, PKK-YPG terror qruplaşması bölgəni hələlik tərk etməyib.

ONN media xəbər verir ki, verilən 120 saatı sonuna qədər istifadə etmək istəyən terrorçular təhlükəsizlik bölgəsindən hələlik yalnız yaralı terrorçuları çıxarıb.

Bundan əlavə, sözügedən prosesə PKK lideri Cəmil Bayıkın şiddətlə qarşı çıxdığı bəlli olub. Belə ki, Bayık PKK-YPG qruplaşmasına bölgəni tərk etməməklə bağlı göstəriş verib.

“Şimal-şərqi Suriyada xalqlar sözügedən hücumlara qarşı dirənməli və torpağını tərk etməməlidir”, – PKK lideri bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png