ONN İnformasiya Agentliyi

Putin, Ərdoğan və Ruhani birgə bəyanatla çıxış edəcəklər

Putin, Ərdoğan və Ruhani birgə bəyanatla çıxış edəcəklər
05 Sentyabr 2018 - 18:42

Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehranda baş tutacaq görüşün yekunlarına dair birgə bəyanatla çıxış edəcəklər.

ONN media trend -ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib.

Qeyd edək ki, daha öncə Kreml rəsmi olaraq bəyan etmişdi ki, Rusiya prezidenti Suriya böhranının nizamlanması məsələsi ilə əlaqədar üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana səfər edəcək. Bildirilirdi ki, Tehranda rusiyalı liderin iranlı həmkarı Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png