ONN İnformasiya Agentliyi

“Qüds-İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının açılışı olub

“Qüds-İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının açılışı olub
07 Fevral 2018 - 13:03

Fələstinin Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” adlı beynəlxalq proqramın təntənəli açılışı olub.

ONN medianın APA-ya istinadən verdiyi məlumata görə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələrə baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib.

Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib. 

İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındığı çətin bir vaxtda, müsəlmanların ilk Qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirib. Proqram və onun icra edən İƏT Gənclər Forumuna qarşı, bu proqramı saxlamaq üçün törədilən əngəllərdən danışan E. İskəndərov İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə çağırıb.

Fələstin dövlətinin rəhbəri Mahmud Abbas isə çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə  hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətinə yüksək qiymət verib, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə edib, Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırıb, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT gənclər və idman nazirlərinin növbəti sessiyasında “Qüds – Gənclər Paytaxtı” proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə həmçinin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türkiyə, İordaniya, Küveyt, Qətər, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış ediblər.

Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı elan olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png