ONN İnformasiya Agentliyi

Rusiya sərhədində ATIŞMA: 1 nəfər öldü

Rusiya sərhədində ATIŞMA: 1 nəfər öldü
04 Dekabr 2020 - 15:50

Ukrayna ilə Rusiya arasındakı sərhəddə atışma baş verib.

ONN media  xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, üç silahlı şəxs Rusiya sərhədini Ukrayna tərəfdən keçməyə çalışıb. Qanunsuz sərhəd keçmə cəhdinin qarşısı alınıb.

Bildirilib ki, tərəflər arasında atışma zamanı üç nəfərdən biri ölüb, ikisi isə qaçıb.

Ukrayna Sərhəd Xidməti isə sərhəddə hər hansı atışma səsi eşidilmədiyini və bu barədə onlarda heç bir informasiya olmadığını bildirib. Qurumdan verilən açıqlamada eyni zamanda Rusiyanın da onlara bununla bağlı hər hansı məlumat vermədiyi qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png