ONN İnformasiya Agentliyi

Rusiyada Azərbaycanlıların olduğu avtobus qəzaya uğrayıb

Rusiyada Azərbaycanlıların olduğu avtobus qəzaya uğrayıb
20 Sentyabr 2019 - 10:41

Rusiya Federasiyası Dağıstan Respublikasının Kayakent rayonunun “Kavkaz” federal avtomobil yolunda mikroavtobusun iştirakı ilə qəza baş verib.

ONN media xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, 1993-cü il təvəllüdlü Dağıstanın Axtın rayon sakini və 1994-cü il təvəllüdlü Kayakent rayon sakini həlak olub. Xəsarət alanlar arasında üç Azərbaycan vətəndaşı da var.

Qeyd edilir ki, yol qəzasında Azərbaycanın dövlət nömrə nişanlı mikroavtobusu, habelə Rusiyanın dövlət nömrə nişanlı “Lada Granta” və “Hyundai Solaris” avtomobilləri iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png