ONN İnformasiya Agentliyi

Rusiyadan “Bayraktar” qadağası

Rusiyadan “Bayraktar” qadağası
23 İyun 2022 - 11:24

Ukrayna ordusu Rusiyanın hava hücumundan müdafiə sisteminə görə Türkiyənin “Bayraktar” PUA-larının ölkənin şərqində döyüş uçuşlarının sayını azaldıb.

ONN media xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna rəsmiləri ABŞ-ın təqdim etdiyi “Boz Qartal” pilotsuz təyyarələrinin də Donbas üzərində gücləndirilmiş Rusiya hava müdafiəsi tərəfindən vurulacağından narahatdılar:

“Ukraynada hava əməliyyatlarının sayı gündə 20-30 döyüşə endirilib. Rusiya qüvvələri artilleriya sistemlərini qorumaq üçün Ukraynanın şərqində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə üstünlük verir. Bununla belə, Ukrayna təyyarələri və PUA-ları son həftə ərzində Xerson vilayətində hədəflərə bir neçə uğurlu zərbə endirərək, fəaliyyətini davam etdirir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png