ONN İnformasiya Agentliyi

Rusiyanın əsas vəzifəsi budur… – Arestoviç

Rusiyanın əsas vəzifəsi budur… – Arestoviç
22 May 2022 - 10:46

Ukrayna və Qərb analitiklərinin hesablamalarına görə, ay yarım-iki aydan sonra Ukrayna ordusu döyüş qabiliyyətinin pik nöqtəsində olacaq.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasını maksimum dərəcədə gecikdirməkdir.

“Rusların əsas tezisi budur: müharibə dayandırılmalıdır və bunun üçün ən yaxşı yol Ukrayna ordusunun demilitarizasiyasıdır. Onların vəzifəsi silah təchizatını ləngitməkdir”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, Kremldə insanlara Mariupolun işğalı və Luqansk vilayətinin sərhədlərinə çıxışı Rusiyanın böyük qələbəsi kimi təqdim etmək istəyirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png