ONN İnformasiya Agentliyi

Rusiyaya səs salan cinayətin yeganə şahidi komadan ayıldı – “Yıxılmamışam…”

Rusiyaya səs salan cinayətin yeganə şahidi komadan ayıldı – “Yıxılmamışam…”
21 Avqust 2019 - 13:58

Bir neçə ay öncə yüksəklikdən yıxılaraq komaya girən rus “İnstagram” fenomeni Yekaterina Bobkova komadan çıxıb.

ONN media xəbər verir ki, Bobkova may ayında Çexiyada bir xizək mərkəzində binanın 4-cü mərtəbəsindən yıxılmışdı. Komadan çıxan model yaşananların bir təsadüf olmadığını, bir şəxsin yıxılmadan öncə onun başına sərt bir cismlə vurduğunu, içkisinə dərman atıldığını açıqlayıb. O bildirib ki, həmin gün sadəcə 2 qədəh şərab içmişdi və bu ona yuxu gətirirdi. O, məhkəmədə şahid ola bilməməsi üçün qəsdən öldürülmək istəndiyini deyib.

Bu açıqlamadan sonra əsas şübhəlilər Pavel Mamayev və Aleksandr Kokorin hesab olunur. Çünki, rus model məşhur futbolçular Mamayev və Kokorinin 2018-ci ilin oktyabr ayında diplomat Denis Pakı döydüyü anların şahidi idi. Futbolçulara açılan məhkəmədə şahid olmağı qəbul edən fenomen qız məhkəmədən sadəcə 1 neçə gün öncə komaya düşmüşdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png