ONN MEDİA

Səudiyyəli qadınlara daha bir azadlıq – Bundan sonra…

Səudiyyəli qadınlara daha bir azadlıq – Bundan sonra…
12 İyul 2019 - 21:10

Səudiyyə Ərəbistanı rəhbərliyi qadınlara onların kişi qəyyumlarının icazəsi olmadan ölkə xaricinə çıxmağa icazə verən qanun layihəsini hazırlamağı planlaşdırır.

ONN media xəbər verir ki, sözügedən qanun layihəsi artıq bu il qəbul edilə bilər. Belə sənədin hazırlanmasının səbəbi isə qanunların həddindən artıq sərt olması və məhdudiyyətlərə görə bir neçə gənc qadının ölkədən qaçması ilə bağlı yayılmış səs-küylü xəbərlər olub.

Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanında bütün qadınlar, həmçinin 21 yaşadək kişilər ölkə xaricinə çıxa bilmələri üçün qəyyumlarından icazə almalıdırlar. Həmin icazə işə düzəlmək, tibbi yardım almaq və ya ev kirayələmək üçün də tələb olunur.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP