ONN İnformasiya Agentliyi

Selena Qomez artıq sevilmir

Selena Qomez artıq sevilmir
01 Noyabr 2018 - 1:46

Selena Qomez artıq İnstaqramda ən çox sevilən məşhur siyahısında yer almır. 
 

ONN media axsam.az -a istinadən xəbərinə görə, onun yerini məşhur futbolçu Kriştian Ronaldo alıb. İndi futbolçunun İnstaqramında 144,338,650 izləyici var. 

Qomezi isə 144,321,029 şəxs izləyir. Fərq böyük olmasa da, ifaçı liderliyi itirib. 26 yaşlı müğənni sosial şəbəkədə izləyiciləri ilə mübahisə etdikdən sonra onu sevənlərin sayı azalıb. 

Qeyd edək ki, sentyabrda müğənninin psixoloji problemləri olduğu yazılmışdı. Xəstəxanaya yerləşdirilən Selena uzun müddət sosial şəbəkədə paylaşımlara da ara verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png