ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: “Al-Qaida” lideri ABŞ tərəfindən ÖLDÜRÜLDÜ

SON DƏQİQƏ: “Al-Qaida” lideri ABŞ tərəfindən ÖLDÜRÜLDÜ
01 Fevral 2020 - 9:33

“Al-Qaida”nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi Birləşmiş Ştatların Yəmənə endirdiyi hava zərbələri zamanı öldürülüb.

ONN media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ bir neçə ay ərzində ar-Rayminin olduğu yeri müəyyənləşdirib. 2019-cu ilin noyabrında Mərkəzi Kəşfiyyat İdarəsi Yəməndə informatordan terrorçunun olduğu yeri haqqında məlumatlar alıb. Bundan sonra Amerika kəşfiyyatı onu pilotsuz təyyarələrin köməyi ilə axtarıb. ABŞ yanvarda Yəmənin ərazisinə zərbə endirib.

ABŞ-ın rəsmi şəxsləri bu informasiya ilə bağlı əlavə təsdiqləri aldıqdan sonra ar-Rayminin məhv edilməsini elan edəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png