ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Trampın iqamətgahına hücum edildi – Onlarla xüsusi təyinatlı əraziyə yeridilir

SON DƏQİQƏ: Trampın iqamətgahına hücum edildi – Onlarla xüsusi təyinatlı əraziyə yeridilir
31 Yanvar 2020 - 22:59

ABŞ prezidenti Donald Trampın Floridada yerləşən “Mar-A-Lago” iqamətgahına naməlum şəxslər soxulmağa cəhd edib.

ONN media xəbər verir ki, məlumata görə, iki şübhəli xəbərdarlıqlara baxmayaraq, avtomobillə təhlükəsizlik-yoxlama məntəqələrini keçərək, iqamətgahın qapısına yaxınlaşıb. Nəticədə təhlükəsizlik əməkdaşları onların qarşısını almaq üçün atəş açıb. Şübhəlilər aradan çıxmağa müvəffəq olsa da, xüsusi təyinatlıların təqibi nəticəsində onlar saxlanılıb. Şübhəlilərin kimliyi açıqlanmır.

Qeyd edək ki, Tramp və həyat yoldaşı Melania Trampın yaxın saatlarda həmin iqamətgaha gələcəyi planlaşdırılıb. Polis bildirib ki, hadisəyə görə proqram dəyişdirilməyəcək. Olaydan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisənin səbəbləri araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png